Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
9 MAY QƏLƏBƏ GÜNÜDÜR - İKİNCİ DÜNYA MÜHARİBƏSİ

0


  •      


     1939-cu
    ildə dünya tarixində ən qanlı müharibələrdən biri başlandı. Tarixdə bu İkinci
    Dünya müharibəsi adlanır. Bu, əvvəlki bütün müharibələrdən daha dəhşətli
    müharibə idi. Bu­rada dünyanın 65 dövləti işti­rak edirdi. Doğma Vətənimiz Azərbaycan
    bu müharibəyə SSRİ-nin tərkibində qatılmışdı. Başqa xalqlar kimi bizim xalqı­mız
    da dünyanın gələcəyinə, in­sanlığa qarşı böyük təhlükə olan faşistlər əleyhinə
    mübarizə aparırdı.

               Azərbaycan
    vahid hərbi dü­şərgəyə çevrilmiş SSRİ-nin bir hissəsi idi. Bu hərbi düşərgənin
    bir hissəsində Sovet qoşunları alman ordularına qarşı üz-üzə vuruşurdu.

               İkinci Dünya müharibəsi fa­şizmə qarşı dünya
    xalqlarının ölüm-dirim
    müharibəsi idi. Faşizm bəlasına qarşı mübarizə üçün xalqımız 600 minə
    qədər övladını cəbhəyə yola saldı. Azərbaycanın yüzlərlə qəhrə­man oğulları
    döyüşən orduda misilsiz qəhrəmanlıqlar göstər­mişdilər.

               1945-ci
    ilin 9 mayında SSRİ alman faşizm üzərində qələbə çaldı. Bu qələbənin əldə olun­masında
    Azərbaycan nefti əsas rol oynamışdı.

    Dövlətimiz
    Böyük Vətən müharibəsinin iştirakçılarını diqqət mərkəzində saxlayır. Hər il qələbə
    günündə onlara birdə­fəlik maddi yardımlar göstərilir.

               Xalqımız
    bu müharibədə həlak olanların xatirəsini həmi­şə əziz tutur, öz qəhrəman oğul­ları
    ilə fəxr edir, onları unut­mur.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib26 dəfə
    9 MAY QƏLƏBƏ GÜNÜDÜR İKİNCİ DÜNYA MÜHARİBƏSİ

    Maraqlı gələ bilər
    26
    30